“Yəqin Syunik demək istədiniz cənab Koçaryan, Zəngəzur yox, Syunik” – Kazinyan Koçaryana HİDDƏTLƏNDİbackend

“Yəqin Syunik demək istədiniz cənab Koçaryan, Zəngəzur yox, Syunik” – Kazinyan Koçaryana HİDDƏTLƏNDİ

Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Məsələləri daimi Komissiyası bu gün növbədənkənar iclas çağırıb.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, “Ermənistan” fraksiyasının deputatı Artur Kazinyan Ermənistanın cənub-şərq sərhədindəki vəziyyəti öyrənən işçi qrupu yaratmağı təklif edib.

Komissiyanın sədri Andranik Koçaryan qeyd edib ki, işçi qrupu gələn həftə yaradılacaq. O komissiya üzvü Armen Xaçatryanın bu işi təşkil etmək üçün Zəngəzurda olduğunu vurğulayıb. Koçaryanın Zəngəzur ifadəsini işlətməsi Kazinyanı özündən çıxarıb:  “Yəqin Syunik demək istədiniz cənab Koçaryan. Zəngəzur yox, Syunik ” Kazinyan öz aləmində Koçaryanın yanlışını düzəldib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*