“Yeraşx – Culfa – Ordubad – Meğri – Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar və razılaşmanı təsdiqlədik” – Paşinyanbackend

"Yeraşx - Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərarrazılaşmanı təsdiqlədik" - Paşinyan

“Prezident Əliyevlə Ermənistanın cənubundakı Sünik (Zəngəzur) rayonundan keçməklə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına dəmir yolunun çəkilməsinə dair razılıq əldə olunub”.

KONKRET.az xəbər verir ki, bu barədə Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib. “Brüsseldə keçirilən görüşdə biz Yeraşx – Culfa – Ordubad – Meğri – Horadiz dəmir yolunun tikintisi ilə bağlı qərar və razılaşmanı təsdiqlədik”, – deyə Paşinyan bildirib.

“Bu razılıq Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi komissiyası çərçivəsində əldə olunub. Bu razılaşma Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə noyabrın 26-da Soçidə keçirilən görüşdə müəyyən edilib. Brüsseldə , Avropa Şurasının rəhbəri Çarlz Mişelin vasitəçiliyi ilə keçirilən görüşdə bu razılaşma təsdiqləndi”, – deyə Paşinyan vurğulayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*