Yevlaxda canavar qoyun sürüsünə hücum etdi – FOTObackend

Yevlaxda canavar qoyun sürüsünə hücum etdi - FOTO

Yevlaxda canavar otlaqda qoyun sürüsünə hücum edib.

KONKRET.az-ın məlumatına görə, hadisə Ərəş kəndində baş verib. Canavar kənd sakini Rövşən Quliyevin qoyunlarından bir neçəsini yaralayıb. Çobanın və itlərin müdaxiləsi ilə canavar sürüdən uzaqlaşdırılıb.

R. Quliyevin APA-ya verdiyi məlumata görə, bu, son günlərdə baş verən ilk hadisə deyil. Ərəş kəndi və ətrafında mütəmadi canavar sürüsü dolaşır və onların mal-qaraya hücumları davamlı xarakter daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*