Yevlaxda ikimərtəbəli ev yanıb, xəsarət alan var.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yevlax şəhərində ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd yataq dəsti yanıb, yüksək temperaturdan divar kağızı qarsalanıb. Yanğın zamanı 1988-ci il təvəllüdlü şəhər sakini Şərifxanov Babək Telman oğlu yanıq xəsarəti alıb. Ona yerindəcə tibbi yardım göstərilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
