Yevlaxda özünü körpüdən atan gənc qız XİLAS EDİLDİ – VİDEObackend

Yevlaxda özünü körpüdən atan gənc qız XİLAS EDİLDİ - VİDEO

Yevlaxda gənc qız özünü nəqliyyat körpüsündən çaya atıb.

KONKRET.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Kür çayı üzərindən keçə körpüdə baş verib.

Belə ki, 24 yaşlı Firuzə Novruz qızı Mustafayeva gözlənilmədən özünü çaya atıb.

Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidməti əməkdaşlarının çevik müdaxiləsi nəticəsində gənc xanım xilas edilib.

Xilasedicilər tərəfindən sahilə çıxarılan F.Mustafayeva həkim briqadasına təhvil verilib.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*