“Böyrəklərimiz COVİD virusuna qarşı həssasdır. Belə ki, daxil olan xəstələrdən 7-10 faizinin böyrəkləri zədələnib”.
KONKRET.az xəbər verir ki, bunu Tibb Universitetinin urologiya kafedrasının doktorantı Araz İbrahimov Səhiyyə Nazirliyinin instaqram səhifəsində canlı yayımda deyib.
O qeyd edib ki, xəstəlik zamanı çox ciddi dərman terapiyası gedir:
“Gündəlik 20-25 tablet içilir bəzən. Ona görə daim qan və sidik analizləri ilə buna nəzarət edirik. Yayılmış pnevmaniya öz-özlüyündə bədəndə oksigen miqdarını azaldır. Həmçinin orqanlarımızda da oksigen çatmır. Buna görə də ikinci bir zədələnmə böyrəklərdə baş verir. Həmçinin COVİD qan laxtalanma sistemində də ciddi pozğunluq yaradır. Laxtalanma sistemində yaranmış pozğunluq damarların endotel qidalarının da zədələnməsinə gətirib çıxarır.Bu da digər tərəfdən böyrəyimizi zədələyir və ikincili infeksiyalar qoşulur. İnsanlarda ən çox infeksiyaya məruz qalan hissə burun-udlaqla bərabər, böyrəklər və sidik yollarıdır. Orada daim bizi gözləyən mikroblar var. Onlar aktivləşərək böyrəklərimizi zədələyir”.
