Yük avtomobili qadını və 3 yaşlı qızını vurdu – Ana öldü – VİDEObackend

Yük avtomobili qadını və 3 yaşlı qızını vurdu - Ana öldü - VİDEO

Bugün saat 10:17 radələrində Bakı-Şamaxı yolunun 21-ci km-də Allahverdiyev Vüqar Vahid oğlunun idarə etdiyi “İsuzu” markalı 77-JD-470 nömrə nişanlı yük avtomobili piyada zolağından yolu keçməkdə olan 1996-cı il təvəllüdlü Əzməmmədova Əfsanə Aydın qızını və onun 3 yaşlı qızı Əzməmmədova Aylin Murad qızını vurub.

KONKRET.az xəbər verir ki, hadisə nəticəsində Əfsanə Əzməmmədova həyatını itirib, azyaşlı qızı isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*