Rusiyanın göndərdiyi ərzaq yüklü avtomobilin Xankəndiyə keçidi GECİKİRbackend

Rusiyanın göndərdiyi ərzaq yüklü avtomobilin Xankəndiyə keçidi GECİKİR

Rusiyanın Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslər üçün göndərdiyi ərzaq dolu yük maşınının Xankəndiyə keçidi gecikir.

KONKRET.az xəbər verir ki, Xankəndidə yaşayan erməniəsilli ailələr üçün nəzərdə tutulan yardımın bu gün saat 10 radələrində Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da, yük maşını hələ ki Bərdə rayonunda dayanıb. TIR-ın hərəkətinin ləngiməsinə səbəb kimi bir tərəfdən Qarabağdakı separatçılarının növbəti qeyri konstruktiv mövqeyi, həmçinin etibarlı mənbələrdən aldığımız məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin və Qərbin, Rusiya Qırmızı Xaç Komitəsinə təzyiqinin nəticəsidir.

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qırmızı Xaç Komitəsinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə, Rusiya Qırmızı Xaç Komitəsi tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə ümumilikdə 1 TIR ərzaq yükü göndərilib.

  • Məzahir
    Sentyabr 10, 2023 - 13:36

    Aclıq elan ediblər,✝️yoxsa oruc tutublar?🌙
    Belə yerdə deyiblər: müsəlmansan-çaxır niyə içirsən,xristiansan-xaça niyə sı..rsan?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*