Cənubi Kipr Administrasiyası Türkiyə ilə bağlı açıqlama verib.
KONKRET.az xəbər verir ki, yunan Kiprinin prezidenti Nikos Kristodulides Lefkoşada almaniyalı həmkarı Frank Valter Ştaynmayer ilə görüşüb. Görüşdən sonra mətbuat mənsublarının suallarını cavablandıran Xristodulides Türkiyə ilə Avropa İttifaqı arasında daha sıx əlaqələrin yolunun bölgədən keçdiyini bildirib.
“Yunan Kipri Aİ ilə Ankara arasında daha sıx münasibətlərin tərəfdarıdır, belə sıx əlaqələr Kipr probleminin həllinə əsaslanır”, – Kristodoulides bildirib.
Adada rəsmi səfərdə olan Ştaynmayer bildirib ki, AB ilə ümumi əlaqələri qiymətləndirilərkən Türkiyənin Kiprlə bağlı atdığı addımlar nəzərə alınmalıdır. Tərcüməçi vasitəsilə danışan Staynmayer “Üzv dövlətlər bu mesajı Türkiyəyə göndərməlidir”, – deyib.
Natiq Səlim,
KONKRET.az