Yunanıstandan Türkiyəyə ilkin şərt: “Təcavüzkar ritorikaya son qoyulmalıdır”backend

Yunanıstandan Türkiyəyə ilkin şərt: "Təcavüzkar ritorikaya son qoyulmalıdır"

“Türkiyə təyyarələri Yunanıstan üzərində uçuşlarını dayandırmalıdır”.

KONKRET.azCumhuriyyet”ə istinadən xəbər verir ki, bunu Yunanıstanın müdafiə naziri Nikolaos Panaqiotopoulos deyib.

O bildirib ki, Yunanıstan qeyri-sabit təhlükəsizlik mühitində öz suverenliyini qorumaq üçün hər cür səy göstərəcək.

“Türkiyə-Yunanıstan münasibətlərində istəyimiz anlaşma səviyyəsində işləmək və gərginliyi azaltmaqdır. Xüsusilə bu geosiyasi kəsişmədə gərginlik hər iki ölkə və NATO-nun bütövlüyü üçün pis bir haldır”, – müdafiə naziri deyib.

Panagiotopoulos Türkiyə ilə dialoq üçün ilkin şərti açıqlayıb:

“Əsas şərt NATO-dakı dost və müttəfiqə qarşı təhqiramiz ritorikaya, düşmən dilinə və ərazi suverenliyimizin birbaşa, açıq-aşkar pozulmasına son qoymaqdır. Mən Türkiyə təyyarələrinin Yunanıstan ərazisi üzərində həddindən artıq uçuşlarını nəzərdə tuturam”.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*