Yer kürəsində maqnit fırtınası olacaq – Tarix açıqlandıbackend

Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı

Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məlumat verilib.

Məlumatda qeyd olunub: “Yaxın günlərin ən mühüm hadisələrindən biri, barəsində əlavə məlumat verəcəyimiz payız gecə-gündüz bərabərliyi ilə yanaşı, ehtimal ki, sentyabrın 24-də, yəni bu cümə axşamı gözlənilən payızın ikinci maqnit qasırğası olacaq”.

Dəqiqləşdirilmiş məlumata görə, gözlənilən bu təbiət hadisəsi Günəşdə yaranan irihəcmli tac dəliyi ilə əlaqədar olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*