MTK vətəndaşdan istifadə etmədiyi kommunallara görə ödəniş tələb edə bilərmi? – AÇIQLAMAbackend

MTK vətəndaşdan istifadə etmədiyi kommunallara görə ödəniş tələb edə bilərmi? – AÇIQLAMA

Çoxmənzilli binalarda mənzil sahiblərindən kommunal və digər idarəetmə xərclərinin hansı qaydada tutulması son vaxtlar müzakirə olunan məsələlərdəndir. Xüsusilə mənzildə yaşamayan şəxslərin istifadə etmədikləri xidmətlərə görə ödəniş etməsinin tələb olunması suallar yaradır.

Bəs MTK mənzildən faktiki istifadə etməyən vətəndaşdan belə ödəniş tələb edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, çoxmənzilli binaların saxlanılması ilə bağlı xərclər Mənzil Məcəlləsinin müvafiq müddəaları ilə tənzimlənir.

Bakıda bu mənzillərin qiyməti ən az 50 faiz ucuzlaşa bilər - Evsiz ailələrə  inanılmaz fürsət yaranacaq | Baku.ws Xəbər saytı - Son xəbərlər və Hadisələr

 “Qanunla çoxmənzilli binaların xərcləri ilə bağlı Mənzil Məcəlləsində müvafiq fəsil var. Həmin qanuna əsasən, çoxmənzilli binaların saxlanılması ilə bağlı xərclər vətəndaşların üzərinə düşür. Bu xərclər, bir qayda olaraq, mənzilin hər kvadratmetrinə uyğun hesablanır”.

Elnur Azadov qeyd edib ki, ödənişlərin məbləğini MTK rəhbərliyi özbaşına müəyyən etməməlidir.

“Vətəndaşlar toplaşaraq müştərək cəmiyyət yaratmalıdırlar. Bundan sonra idarəetmə növünü seçməli və binada hansı xidmətlərin göstəriləcəyini müəyyənləşdirməlidirlər. Hər hansı MTK sədri bunu özbaşına edə bilməz.

Çoxmənzilli binanın saxlanılması xərcləri ümumi xərclərə bölünür və yaşayış və ya qeyri-yaşayış sahəsinin ümumi həcminə uyğun hesablanır. Hər kvadratmetrə düşən məbləği hər bir mülkiyyətçi ödəməlidir. İstəyir həmin mənzildə yaşasın, istəyir yaşamasın”, – deyə Elnur Azadov vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*