“Zalujnının ABŞ-la münasibətlərində fikir ayrılığı var idi” – Mediabackend

"Zalujnının ABŞ-la münasibətlərində fikir ayrılığı var idi" - Media

“Prezident Vladimir Zelenski general Valeriy Zalujnını Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən uzaqlaşdıraraq iki lider arasında aylarla davam edən gərginliyə son qoyub”.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” yazır.

Qeyd olunur ki, Zalujnı Zelenskinin potensial siyasi rəqibi kimi görünür. O, həmçinin ABŞ ordusu ilə keçən ilki əks-hücumun necə aparılacağına dair razılığa gəlmədikdən sonra Vaşinqtonla gərginlik yaşayır.

Zelenski Ağ Evə deyib ki, o, Zalujnını vəzifəsindən uzaqlaşdırmaq niyyətindədir və ABŞ bu qərarı Kiyevin öhdəsinə buraxıb.

Yüksək rütbəli ukraynalı zabit bildirib ki, hərbi məmurlar son vaxtlar Zalujnının hərəkətlərindən məyusluq keçirirdi. Onlar bildirirdi ki, cəbhədə taktiki və ya strateji cəhətdən dəyişiklik etmək əvəzinə, Zalujnı “Facebook” və digər sosial şəbəkələrdə öyünməklə məşğul idi.

Zalujnı həmçinin Ukrayna ordusunun Qərb tipli qüvvəyə çevrilməsini başa çatdırmaması, maddi-texniki təminatı yaxşılaşdırmaması üçün də tənqid edilib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*