Zaman daralır: Vaşinqton və Tehran arasında razılıq olmasa…backend

Zaman daralır: Vaşinqton və Tehran arasında razılıq olmasa...

ABŞ və İran arasındakı danışıqlarda müəyyən irəliləyiş qeydə alınsa da, Donald Trampın bu gün saat 20:00-a qədər müəyyən etdiyi son möhlətə qədər razılaşmanın əldə olunması ehtimalı olduqca aşağıdır.

KONKRET.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb. Amerikalı rəsmilər bildirirlər ki, hazırda əsas diqqət sazişin mümkünlüyündən daha çox, onun vaxtında bağlanıb-bağlanmayacağı sualına yönəlib. Vaxtın daralması və tərəflər arasındakı prinsipial fikir ayrılıqları prosesi dalana dirəyib. Əgər qeyd olunan vaxta qədər konkret nəticə əldə olunmasa, Trampın növbəti addımının nə olacağı və hərbi eskalasiyanın hansı müstəviyə keçəcəyi beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla izlənilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*