Zavodda partlayış: Ölənlərin sayı 5-ə çatdıbackend

Zavodda partlayış: Ölənlərin sayı 5-ə çatdı

Rusiyanın Orlov vilayətinin Mçensk şəhərində rezin məmulatları zavodunun ərazisində qaz partlayışı nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

KONKRET.AZ Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı TASS agentliyinə Orlov vilayət qubernatorunun media üzrə müşaviri Sergey Lejnev ötürüb.

Onun sözlərinə görə, xilasedicilər dağıntıların altında qalan bir qadının cəsədini tapıblar.

Partlayış zamanı yeddi nəfərin yaralandığı deyilir.

FHN-in region üzrə İdarəsindən bildiriblər ki, partlayış tikilməkdə olan binada baş verib. Güclü dalğadan binanın bir hissəsi dağılıb.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*