Zaxarova çinliləri Yeni il münasibətilə onların dilində təbrik etdi – VİDEObackend

Zaxarova çinliləri Yeni il münasibətilə onların dilində təbrik etdi - VİDEO

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çinliləri ay təqvimi ilə yeni ilin gəlişi münasibətilə təbrik edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Çin dilində müvafiq videomüraciət qurumun Facebook səhifəsində yerləşdirilib. 2020-ci ildə Çində Yeni il və ya Bahar bayramı (Çuntsze) 25 yanvar tarixinə düşür. Məlumdur ki, Zaxarova Çin dilində sərbəst danışır. 2003-cü ildə XİN nümayəndəsi “müasir Çində ənənəvi Yeni il bayramının rəmzi mənasının transformasiyası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*