Zaxarova Kaya Kallası TƏHQİR ETDİ: “Bunu başa düşməsinə nə mane olur?”backend

Zaxarova Kaya Kallası TƏHQİR ETDİ: “Bunu başa düşməsinə nə mane olur?”

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bu payızda Rusiyaya qarşı 2022-ci ildən bəri ən genişmiqyaslı sanksiya paketinin hazırlanacağını açıqlayıb. Onun sözlərinə görə, sanksiya tətbiq edilən Rusiya vətəndaşlarının və təşkilatların sayı təxminən 30 faiz artırılacaq.

KONKRET.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Kallasın bu açıqlamasını şərh edərək onu “Şapoklyak qarı” ilə müqayisə edib.

Zaxarova bildirib ki, Kallasın Rusiyaya qarşı sanksiyaların nəticə vermədiyini anlamaması suallar doğurur.

“Axı niyə xanım Kallasa hələ də çatmır ki, bunun Rusiyaya qarşı çoxdan işləmədiyini? Heç cür! Bunu başa düşməsinə nə mane olur? Və biz ona bu məsələdə hansısa şəkildə kömək edə bilərikmi?” – deyə Zaxarova bildirib.

O, Kallasın mövqeyini sovet cizgi filmi personajı olan Şapoklyakın məşhur ifadəsi ilə əlaqələndirib:

“İnsanlara kim kömək edirsə, vaxtını boşuna sərf edir – yaxşı əməllərlə şöhrət qazanmaq olmaz”.

Qeyd edək ki, Zaxarova daha əvvəl də Kallasın Rusiyaya dair açıqlamalarını kəskin şəkildə tənqid edib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*