Zaxarova: Moskva İrəvanın Zelenskinin Qələbə Paradı ilə bağlı təhdidlərinə susmasını unutmurbackend

Zaxarova: Moskva İrəvanın Zelenskinin Qələbə Paradı ilə bağlı təhdidlərinə susmasını unutmur

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva Ermənistan hakimiyyətinin Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvada Qələbə Paradı ilə bağlı səsləndirdiyi təhdidlərə reaksiya verməməsini yadda saxlayıb.

KONKRET.az xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Zelenski mayın əvvəlində Avropa Siyasi Birliyinin sammiti zamanı İrəvandan Qızıl Meydanda keçiriləcək Qələbə Paradı ilə bağlı təhdid xarakterli açıqlamalar verib.

Rusiya XİN rəsmisi qeyd edib ki, Ermənistan rəhbərliyinin həmin bəyanatlara rəsmi şəkildə mənfi münasibət bildirməməsi iki ölkə arasındakı tərəfdaşlığın ruhuna uyğun deyil.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*