Zelenski Azərbaycanın Respublika Günü münasibətilə paylaşım etdi – FOTObackend

Zelenski Azərbaycanın Respublika Günü münasibətilə paylaşım etdi - FOTO

Ukrayna Prezidenti Vladimir Zelenski 28 May – Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna lideri “Twitter” hesabında paylaşım edib.

Ukrayna Prezidenti təbrikində dövlətlərimiz arasındakı strateji tərəfdaşlığı yüksək qiymətləndirdiyini və ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

“Biz ikitərəfli tərəfdaşlıq və Ukraynanın müstəqilliyinin 30-cu ildönümündə iştirakınıza dair dialoqun davam etdirilməsinə ümid edirik”, – deyə Ukrayna prezidenti qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*