Rusiyalı hərbçilər tərəfindən əsir götürülmüş Melitopol şəhərinin meri İvan Fedorov azad edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbəri Andrey Yermak və onun müavini Kiril Timoşenko məlumat verib.
Timoşenko Fedorovun əsirlikdən azad edilməsi üçün “xüsusi əməliyyat”ın başa çatdığını elan edib.
Yermak isə bildirib ki, şəhər meri ölkə prezidenti Volodimir Zelenski ilə danışıb.
