Zelenski ilə Ali Baş Komandan arasında uçurum dərinləşirbackend

Zelenski ilə Ali Baş Komandan arasında uçurum dərinləşir

Ukrayna prezidenti Volodimir Zelenski və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı cəbhədəki ağır vəziyyətdən narahat olduqlarını bildiriblər.

KONKRET.az “RBC Ukraine”ə istinadla xəbər verir ki, Ukrayna prezidenti vəziyyətin çətin olduğu 7 rayonu sadalayıb, o cümlədən Avdeyevka, Baxmut, Kupyansk, Zaporojye, Xerson və digər ərazilərdə USQ-nin dalana dirəndiyini etiraf edib.

Zelenski qeyd edib ki, dünən o, hərbi və xarici kəşfiyyat rəhbərləri Kirill Budanov və Aleksandr Litvinenkonun hesabatlarını dinləyib. Ukrayna lideri dəqiq məlumatların nə olduğunu açıqlamayıb.

General Zalujnı da, öz növbəsində, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Çarlz Braunla telefon danışığında cəbhədəki vəziyyət barədə ətraflı danışıb və durumu çətin kimi xarakterizə edib.

Generalın sözlərinə görə, eyni zamanda USQ müəyyən istiqamətlərdə hücumlarını davam etdirir və düşmənə xeyli canlı qüvvə və texnika itkisi yaşadır.

Xatırladaq ki, noyabrın əvvəlində Zalujnı Ukrayna ordusunun uğursuz əks-hücumlarının Rusiya ilə müharibədə dalana dirəndiyini açıqlamışdı. Lakin prezident Zelenski bununla razılaşmamış və çıxışı zamanı söz vermişdi ki, Ukrayna bu il döyüş meydanında nəticələr göstərəcək, həmçinin 2024-cü ildə də hücumlarını davam etdirəcək.

Bunun fonunda isə “The Times” qəzeti Zalujnı ilə Zelenski arasındakı fərqlərdən yazıb. Nəşrin ukraynalı mənbələrinə görə, Zalujnı hesab edir ki, hücumu dayandırmağın vaxtı çatıb və Ukrayna bütün diqqətini hazırkı cəbhə xəttini saxlamağa yönəltməlidir. Lakin Zelenskinin fikri fərqlidir. Qərb nəşrlərinə görə, Ukrayna prezidenti Zalujnını gələcək seçkilərdə özünün əsas rəqibi hesab edir. İddialar var ki, Qərb, ehtimal ki, Zelenskinin müharibəyə olan münasibətini nəzərə alaraq, onu Zalujnı ilə əvəzləmək variantına daha çox meyllidir. Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*