Zelenski İlham Əliyevə məktub yazdıbackend

Zelenski İlham Əliyevə məktub yazdı

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə təbrik məktubu göndərib.

KONKRET.az xəbər verir ki, məktubda İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçilməyi münasibətilə təbrik edən Zelenski Azərbaycan xalqının təhlükəsizliyinin, iqtisadi inkişafının və rifahının təmin edilməsində dövlət başçısına yeni-yeni böyük uğurlar arzulayıb.

Ukrayna Prezidenti əmin olduğunu bildirib ki, “Sizin yenidən prezident seçilməyiniz ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək və Ukrayna-Azərbaycan əməkdaşlığını yeni dinamik səviyyəyə çıxaracaq”.

“Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində iki dövlətin müstəqilliyi və ərazi bütövlüyü üçün qarşılıqlı dəstəyi son dərəcə vacibdir. Bu gün Ukrayna xalqı Rusiyaya qarşı mübarizədə öz azadlığını müdafiə edərkən Azərbaycan Respublikasının həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir. Biz humanitar yardıma, Rusiya ilə müharibədən zərər çəkmiş şəhərlərin infrastrukturunun bərpası və azad edilmiş Ukrayna ərazilərinin minalardan təmizlənməsi prosesində iştiraka görə minnətdarıq”, – məktubda deyilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*