Zelenski insan ölümünün qarşısını almaq üçün Putini danışıqlar masasına dəvət etdi – VİDEObackend

Zelenski insan ölümünün qarşısını almaq üçün Putini danışıqlar masasına dəvət etdi - VİDEO

“Rusiyanın Ukraynaya təcavüzü adi işğal hadisəsi deyil, bu, Avropaya qarşı müharibədir”.

KONKRET.az Ukrayna Prezidenti Ofisinə istinadən xəbər verir ki, bunu dövlət başçısı Volodimir Zelenski deyib.

UNIAN bildirib ki, Volodimir Zelenski müraciətini rusca belə davam etdirib: “Bir daha Rusiya Prezidentinə müraciət etmək istəyirəm. Ukraynanın hər yerində döyüşlər gedir. Gəlin, insanların ölümünün qarşısını almaq üçün danışlar masasına oturaq”.

O, bundan sonra Ukrayna Hərbi Silahlı Qüvvələrinə ukraincə müraciət edərək deyib: “Möhkəm durun. Siz dövlətimizi qoruyan hər şeysiniz. Ukraynaya eşq olsun!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*