“Kiyev Rusiya ilə diplomatik münasibətləri kəsə bilər”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O bildirib ki, Kiyev Rusiya ilə diplomatik münasibətləri kəsmək təklifini nəzərdən keçirəcək.
Zelenski Ukraynaya qarşı müharibənin və genişmiqyaslı hərbi eskalasiyanın olacağına inanmadığını qeyd edib.
Lakin Ukraynaya qarşı hərbi əməliyyatlar başlasa və münaqişənin gərginləşərsə, Zelenski hərbi vəziyyətin tətbiq ediləcəyini vəd edib.
Xuraman Etibarlı,
KONKRET.az
