Zelenski Kiyevdə ABŞ dövlət katibi və müdafiə naziri ilə GÖRÜŞDÜ – FOTO/VİDEObackend

Zelenski Kiyevdə ABŞ dövlət katibi və müdafiə naziri ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Zelenski Kiyevdə ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinlə görüşüb.

KONKRET.az xəbər verir ki, yüksək rütbəli məmurlar dünən Kiyevə gəlib və burada Zelenski ilə fevralın 19-dan bəri ilk görüşlərini keçiriblər.

Ukrayna Prezidenti Amerikaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

“Biz müdafiə yardımı, Rusiyaya qarşı sanksiyalar siyasətinin sərtləşdirilməsi, Ukraynaya maliyyə dəstəyi və təhlükəsizlik təminatlarını müzakirə etdik. Mən misilsiz köməyə görə Amerika Birləşmiş Ştatlarına minnətdaram!”, – deyə Zelenski bildirib.

ABŞ Ukraynaya müdafiə üçün 300 milyon dollar ayıracağına söz verib, həmçinin 165 milyon dollarlıq sursat satışını təsdiqləyib.

Qeyd edək ki, amerikalı diplomatlar bu həftə Kiyevə qayıdacaqlar.

 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*