Zelenski müharibənin dayandırılması üçün böyük güzəştə getməyə hazırdırbackend

Zelenski müharibənin dayandırılması üçün böyük güzəştə getməyə hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dayandırılması və diplomatik danışıqlara keçid məqsədilə hazırkı cəbhə xətti boyunca atəşkəsə razı olduğunu bəyan edib. O, bu addımı “çox böyük kompromis” adlandırıb.

KONKRET.az xəbər verir ki, Zelenski bu barədə “Al Jazeera” telekanalına müsahibəsində danışıb.

Ukrayna lideri bildirib ki, Kiyev hazırda mövqelərin qorunması və mövcud təmas xəttində döyüşlərin dayandırılması variantını qəbul etməyə hazırdır.

“Biz bu cür addımlar atmağa, hazırda dayandığımız mövqelərdə qalmağa və irəliləməməyə hazırıq. Söhbət təmas xətti boyunca atəşkəsdən gedir. Bu, kompromisdir? Əlbəttə, çox böyük kompromisdir. Biz başa düşürük ki, Rusiya Prezidenti Vladimir Putin torpaqlarımızdan çıxmaq istəmir. Məhz buna görə deyirik ki, yaxşı, elə burada dayanaq və diplomatik danışıqlara keçək”, – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti ABŞ Prezidenti Donald Trampın müharibənin başa çatdırılması üçün ədalətli həll yolu axtarışlarını davam etdirəcəyinə ümid etdiyini vurğulayıb. O, müharibənin dayandırılması ilə bağlı bütün məsuliyyətin yalnız Kiyevin üzərinə qoyulmasının düzgün olmadığını qeyd edib.

“Ümid edirəm ki, o, bu müharibəni başa çatdırmağın yolunu axtarmağa davam edəcək. Lakin bu, yalnız Ukraynanın hesabına baş verməməlidir. Çünki bu, düzgün yanaşma deyil”, – deyə Zelenski bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ prezidentinin diplomatik səyləri davam etdirmək üçün Konstitusiya ilə müəyyən edilmiş zəruri səlahiyyətləri hələ də qüvvədədir.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*