Zelenski Netanyahu ilə görüş keçirir – VİDEObackend

Zelenski Netanyahu ilə görüş keçirir - VİDEO

Ukrayna Prezidenti Vladimir Zelenski yanvarın 24-də İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş keçirir.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bundan əvvəl İsrail prezidenti Reuven Rivlin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb. Bu barədə Rivlin Twitter səhifəsində yazıb. “Auşvits-Birkenauun azad edilməsinin 75-ci ildönümü münasibətilə dəvətimi qəbul etmiş Ukrayna Prezidenti Zelenskini salamlamağa şadam. Biz gələcək nəsillərin təhsilinə və Xolokostu inkar edənlərə qarşı mübarizəyə can atırıq”, – deyə o, qeyd edib. Daha əvvəl bildirilmişdi ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin İsraildə görüşü baş tutmayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*