Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə üz-üzə danışdığını və çox şey anladığını söyləyib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı siyasətçi “İnterfaks”a müsahibəsində bildirib.
Zelenski üz-üzə təmas insanın səmimi olub-olmadığını aydın göstərir. Rusiya prezidenti inamla Donbassda sülhün bərpa olunacağını dedi.
“O, məni anladı. Başa düşdü ki, bu müharibəyə son qoymağın vaxtı çatıb”, deyə siyasətçi əlavə edib.
Qeyd edək ki, Zelenski dekabrın 9-da Parisdə Putinlə baş tutan ünsiyyətdən danışıb.
Babək Göyüş
KONKRET.az