Zelenski özünüreklam məqsədi ilə Ukraynanın Aİ-yə daxil olması üçün ərizəni kameralar altında imzaladı. Amma sadəcə olaraq o, məsələni başa düşmür.Ukraynadan daha zəngin ölkələr Aİ-yə üzvlük üçün bütün tələbləri yerinə yetirmək üçün onilliklər ərzində çalışıblar.Lakin, yaranmış vəziyyətdən sui-istifadə edərək Aİ-yə üzv ölkələrin bir-birinə göstərməli olduğu qarşılıqlı yardımdan yararlanmaq üçün Ukrayna prezidenti Aİ-yə daxil olmaq üçün “xüsusi prosedur” istəyir.
Özü də mümkün qədər çox?
“Ukraynanın dərhal xüsusi prosedur vasitəsilə Aİ-yə qəbul edilməsi xahişi ilə Aİ-yə müraciət edirik. Əminəm ki, bu, ədalətlidir. Əminəm ki, bu, mümkündür”-deyə Zelenski bildirib.
Rusiyaya qarşı hərbi əməliyyatların beşinci günündə Ukrayna Prezidenti Volodimir Zelenski hərbi forma geyinərək Avropa İttifaqı adlı avropalı qonşusuna çox konkret müraciət edib. Və sonra prezident kameralarla dünyaya mesaj verməyi də unutmayaraq, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı daha bir ərizəyə imza atıb.
Əslində bu Qərbi Avropaya yalvarış deyilsə, bəs nədir?
“Heç olmasa, bu işi tez bir zamanda etməyə kömək edin”- deyə Zelenski yalvarır.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen isə bir gün əvvəl Euronews-a verdiyi müsahibədə onun istəyinin – Ukraynanın Aİ-yə daxil olması olduğunu deyərək, bu müraciətə müsbət reaksiya verdi.
“Bizim Ukrayna ilə Ukrayna bazarının vahid Avropa bazarına inteqrasiyasına yönəlmiş prosedurumuz var. Bizim enerji şəbəkəsində çox sıx əməkdaşlığımız var. Zaman keçdikcə ukraynalılar bizim bir hissəmizə çevriləcək, bizdən birinə çevriləcək və biz onları Aİ-də görmək istəyirik “- o, heç bir şərti ad çəkmədən əmin etdi.
Sürətli inteqrasiya mümkündürmü? Yoxsa biz Ursula fon der Leyenin tez-tez Avropa mətbuatı tərəfindən ittiham olunduğu adi demaqogiya ilə məşğuluq?
Xatırladaq ki, Ukrayna ilə Avropa İttifaqı arasında 2014-cü il Maydan inqilabından sonra 2017-ci ildə qüvvəyə minən assosiasiya sazişi mövcuddur. O, 1998-ci ildə bağlanmış ilk tərəfdaşlıq sazişini əvəz etdi və bu, əvvəlkindən daha dərin azad ticarət sazişidir.
Bəllidir ki, adi giriş proseduruna əməl edilsə, bu çox uzun vaxt aparacaq. Bu, Avropa İttifaqı haqqında müqavilənin çoxsaylı mərhələlərə istinad edən 49-cu maddəsi ilə müəyyən edilir. Orada vurğulanır ki, hətta hər hansı bir “xüsusi prosedur” altında çox ciddi qanunvericilik və inzibati dəyişikliklər olmadan heç bir ölkə Aİ-nin tamhüquqlu üzvü ola bilməz.
Birincisi, söhbət hansısa ölkənin namizədliyini Aİ Şurasına rəsmi şəkildə təqdim etmək və ölkəyə rəsmi “namizəd” statusu verən Avropa Komissiyasından qərar almaqdan gedir. Yalnız bundan sonra və sözsüz ki, uzun bir sıra danışıqlar başlayır. Bunlar, xüsusən də milli qanunvericiliyə daxil edilməli olan Aİ qanunvericiliyinə aiddir: artıq Aİ daxilində avropalıların həyatını tənzimləyən minlərlə qanun və mətni əhatə edən nəhəng iş – hər bir sahə üçün nəticələri qiymətləndirmək, mümkün uyğunlaşmalar və ya keçid müddəalarını təklif etmək lazımdır… Bütün bunlar isə çox mürəkkəb və uzun bir işdir. Məqsəd namizəd dövlətlə Aİ arasında uyğunluğu təmin etməkdir.
Ona görə də, Volodimir Zelenskinin kameralar qarşısında imzaladığı sənəd ən yaxşı halda bu prodsedurun başlanğıcıdır. Üzvlük məsələsindən danışmaq isə hələ çox tezdir.
“Le Figaro”, Fransa. 2 mart 2022.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az
