“Ukraynanın Aİ-yə qəbulu üçün həlledici məqam yetişib”.
KONKRET.az xəbər verir ki, bu barədə Zelenski İnstaqramda məlumat verib.
Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə Ukraynaya gələcək yardım və ukraynalıların azad gələcək uğrunda qəhrəmancasına mübarizəsini müzakirə edib.
O əlavə edib ki, indi Ukrayna üçün aydın avrointeqrasiya kursu barədə qərar verməyin vaxtıdır.
“Uzunmüddətli müzakirəni birdəfəlik bağlamaq və Ukraynanın #Aİ-yə üzvlüyü barədə qərar qəbul etmək üçün həlledici məqam yetişib. @charlesmichel ilə gələcək səmərəli yardım və ukraynalıların azad gələcəkləri uğrunda qəhrəmancasına mübarizəsi müzakirə olunub”, – deyə Prezident yazıb.

Xuraman Etibarlı,
KONKRET.az
