Zelenski yeni müraciətlə çıxış edib.
KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti yeni videomüraciət edib. O, ordunun düşmənin hücumlarına tab gətirərək, uğurla dəf etdiyini bildirib.
“Biz düşmənin hücumlarına tab gətirmişik və uğurla dəf edirik. Döyüşlər davam edir. Dövlətin bir çox şəhər və rayonlarında. Amma biz nəyi qoruduğumuzu bilirik – ölkəni, torpağı, uşaqların gələcəyini. Kiyevə və paytaxt ətrafındakı əsas şəhərlərə nəzarət edən ordumuzdur. İşğalçılar dövlətimizin mərkəzini bağlayıb Donetskdə olduğu kimi burada öz marionetlərini yerləşdirmək istəyirdilər. Biz onların planını pozduq”.
Xuraman Etibarlı,
KONKRET.az
