Zelenskidən Avropaya sərt xəbərdarlıq: “”Rus dünyası”nın bir hissəsi ola bilərsiniz”backend

Zelenskidən Avropaya sərt xəbərdarlıq: ""Rus dünyası"nın bir hissəsi ola bilərsiniz"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinə növbəti kəskin xəbərdarlığını ünvanlayaraq, qitənin təhlükəsizlik arxitekturasında Ukraynanın rolunun həlledici olduğunu bəyan edib.

O bildirib ki, Ukraynanın Avropa təhlükəsizlik sisteminə tam inteqrasiyası təkcə Kiyevin deyil, bütün regionun gələcəyi üçün həyati əhəmiyyət kəsb edir. Zelenski vurğulayıb ki, hazırkı vəziyyətdə tərəddüd etmək və ya Ukraynanı sistemdən kənarda saxlamaq ağır nəticələrə yol aça bilər.

KONKRET.az xəbər verir ki, Ukrayna lideri bu məsələdə konkret seçim qarşısında olduqlarını diqqətə çatdırıb: “Mən əminəm: ya Ukrayna Avropa təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi olacaq, ya da Avropada kimlərsə “rus dünyası”nın bir hissəsinə çevrilmək riski ilə üzləşəcək”. Zelenskinin bu sözləri, xüsusilə Rusiya ilə münasibətlərdə ehtiyatlı mövqe nümayiş etdirən və hərbi yardımlar məsələsində ləngiyən bəzi Avropa paytaxtlarına birbaşa ismarış kimi qiymətləndirilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*