Zelenskini gözləyən gizli təhlükə var: “Münaqişədən sonra öldürüləcək!”backend

Zelenskini gözləyən gizli təhlükə var: “Münaqişədən sonra öldürüləcək!”

Rusiya ilə münaqişə başa çatdıqdan sonra Ukrayna Prezidenti Volodimir Zelenski üçün təhlükə yarana bilər.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bunu alman politoloq Patrik Baab ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı Daniel Devislə “Deep Dive” proqramında söhbətində bildirib.

Onun sözlərinə görə, xüsusilə ifrat sağçı hərbi-siyasi qruplar Zelenskinin atacağı hər hansı sülh addımını xəyanət kimi qiymətləndirə bilərlər. Politoloq qeyd edib ki, Zelenski münaqişəni dayandırmağa razı olarsa, onun Ukrayna təhlükəsizlik qüvvələrinin nümayəndələri tərəfindən öldürülmə riski var.

Politoloq hesab edir ki, sülh prosesinin ən mürəkkəb mərhələsi silahlı və radikal mövqedə olan qrupların sakitləşdirilməsi olacaq. Onun fikrincə, bu qüvvələr müharibənin davam etdirilməsində maraqlı olduqları üçün kompromisə meylli deyillər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*