Zelenskinin fotoqrafı 41 gün fərqlə onun fotolarını çəkib. Birinci foto fevralın 23-də, ikincisi dünən Buçada çəkilib.
KONKRET.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibənin ikinci ayında dünənki görüntüləri sosial şəbəkə istifadəçilərini kədərləndirib.
Prezident fəal hərbi əməliyyatlara baxmayaraq, ölkəni tərk etməyib.
“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya təcavüzünün ilk günündən bütün ukraynalılarla birlikdə ölkəmizdə qalıb. Qaçmadı, xəyanət etmədi, məyus etmədi. İndi milyonlarla insan ona və Ukrayna xalqına heyrandır”, – deyə media yazıb.
Amma bu müharibə Zelenskini çox dəyişib. Əvvəllər həmişə gülümsəyən, pozitiv, bəzən ciddi olan Volodimir Zelenski indi çox yorğun və narahat görünür. Artıq bir aydan çoxdur ki, o, Rusiyanın başlatdığı dəhşətli müharibədə Ukraynanın qalib gəlməsi üçün hər şeyi edir. Əlbəttə ki, ukraynalıların yuxusuzluğu, əsəbləri, təşvişləri, itirilmiş həyatlarının ağrıları özünü hiss etdirməyə bilməzdi.
Amerikalı fotojurnalist Ron Haviv Zelenski ilə emosional fotolar çəkdirib. Bu fotoları jurnalist Natalya Vlaşçenko öz Facebook səhifəsində yayıb.
Kadrda yorğun Zelenski başını aşağı salıb, gözlərini yumub və əlini üzünə qaldırıb.
Vlaşçenko fotoya belə sözlər yazıb: “Necə təsirli şəkil. Bu, dramatik həftələrin bütün hadisələrini özündə ehtiva edir. Mən onun ölkədə qaldığını və bizimlə olduğunu heç vaxt unutmayacağam”.
İnternet istifadəçiləri prezident və onun vəziyyətindən narahat olduqlarını bildiriblər. Eyni zamanda, onun haqqında pis söz belə deməyə cəsarət edən hər kəsi parçalayacaqlarını qeyd ediblər.
“Mən ona səs vermədim, hətta bir az da ironik və tənqid etdim! İndi isə onun tərəfinə hürən hər kəsi parçalayaram!”, “Həyatımda iki dəfə düzgün seçim etdim! Birincisi, həyat yoldaşı seçməkdə, 21 illik sevgimiz var və ikincisi Zelenskiyə səs verəndə”, “Mənim prezidentim, mənim liderim”, “Yaxşı iş görüb, həmişə ona inanmışam “, – deyə sosial şəbəkə istifadəçiləri yazıblar.

Xuraman Etibarlı,
KONKRET.az
