Zelenskinin iş qrafiki və gözlənilməz ARZUSU – TƏFƏRRÜATLARbackend

Zelenskinin iş qrafiki və gözlənilməz ARZUSU - TƏFƏRRÜATLAR

“Prezident Volodimir Zelenski Rusiya genişmiqyaslı müharibəyə başlayandan gərgin rejimdə işləyir və gündə 4-5 saat yatır”.

KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Sergey Nikiforov məlumat verib. Prezidentin sözçüsü fevralın 24-dən sonra onun iş qrafiki ilə bağlı təfərrüatları açıqlayıb.

“Prezidentin təcili müdaxiləsini tələb edən məsələlər var: gecə yuxudan oyanmaq, başqa saat qurşağında olan biri ilə danışmaq, yaranmış bəzi problemlər və prezidentin orduya müdaxiləsini tələb edən məsələlər var. O, bütün sutkanı işləyir”, – deyə Nikiforov bildirib.

Nikiforov, Zelenskinin Bankovadakı Qorodetski Evi (Ximeralarlı Ev) ilə bağlı ortaya çıxan yeni arzusundan da danışıb.

“Ukrayna Prezidenti bu evi çox bəyənir. Prezident Aparatının hamısı bu kiçik binada yerləşir. O, bütün Prezident Aparatının bu kiçik binada yerləşməsini xəyal edir. Əsas bina ilə müqayisədə Prezident Aparatı kiçik olmalıdır. Prezident  administrasiyanı, işçi heyətini, aparatı nəzərdə tutur, o, kiçik olmalıdır – minimum adam, maksimum rəqəmsal dövriyyə, minimum sənədləşmə. Prezident belə xəyal edir”, – o deyir.

Məlum olduğu kimi, bu binanın daxili bəzəyi İkinci Dünya Müharibəsi illərində dağıdılmış, bütün interyerləri fotoşəkillərdən bərpa edilmişdir.

“Ancaq prezident üçün bu, çox yığcam formatdır. O, bu Qorodetski evinə çox bağlıdır”, – deyə Nikiforov yekunlaşdırıb.

Bundan əvvəl Prezident Aparatı Zelenskinin ondan artıq həyatına sui-qəsddən sağ çıxdığını bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*