Ukrayna Silahlı Qüvvələrinin (AFU) ali baş komandanı Valeri Zalujnının istefasından dərhal sonra Ukrayna prezidenti Vladimir Zelenskiyə etimad reytinqi 13% aşağı düşüb.
KONKRET.az xəbər verir ki, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) cümə axşamı, fevralın 15-də dərc etdiyi sorğunun nəticələri sübut edir.
Belə ki, Vladimir Zelenskiyə etimad keçən ilin dekabrında 77%-ə qarşı 64%, etimadsızlıq isə dekabrda 22%-dən fevralda 35%-ə yüksəlib.
Eyni zamanda, Zelenskinin ofisinin rəhbəri Andrey Yermaka inam 6% azalıb. Əgər dekabrda bu göstərici 33% idisə, fevralda 27%-ə düşüb.
Eyni zamanda, ukraynalıların ölkənin eks-prezidenti Pyotr Poroşenkoya inamı 4% (dekabr – 27%, fevral – 31%) artıb.
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sirskiyə respondentlərin 40%-i etimad göstərir, 21%-i göstərmir, 4%-i qeyri-müəyyən münasibət bəsləyir
Ukrayna vətəndaşları Zalujnıya daha çox inanır – 94%, yalnız 5% ona etibar etmir.
“Omnibus” sorğusu fevralın 5-dən 10-dək aparılıb. Burada Kiyevin nəzarətində olan bütün ərazilərdən 1202 respondent iştirak edib.
Burhan,
KONKRET.az
