Zəlzələ ilə bağlı FHN-dən AÇIQLAMAbackend

Zəlzələ ilə bağlı FHN-dən AÇIQLAMA

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 29.11.2023-cü il tarixində yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*