Hatayda 138 saat sonra 67 yaşlı kişi xilas edilib.
KONKRET.az xəbər verir ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən 138 saat sonra 67 yaşlı kişi xilas edilib. Hatayda Abdulkerim adlı yaşlı kişi onu dağıntılar altından çıxaran xilasedicinin ağlayaraq əlini öpüb.
Sağ qalanların olmasına ümid azalsa da, axtarışlar bəhrə verir. 136 saatdan sonra 40 yaşlı qadın evin dağıntıları altından çıxarılıb.
17 yaşlı Fərəh adlı gənc qız da zəlzələdən 136 saat sonra xilas edilib.
Xuraman Etibarlı,
KONKRET.az
