Artvinin Borcka mahalında Elazığ və Malatyada zəlzələ qurbanlarına toplanan yardım qutularındakı pencəkdən 10 min lirə pul çıxıb.
KONKRET.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, polis əməkdaşları pencək sahibini taparaq pulu təhvil veriblər.
Pulun sahibi, 80 yaşlı Mahmut Güveli “Kömək etmək üçün o anda əlimdəki köynək və pencəyi çantaya qoydum. Halal pul imiş, tapanlardan Allah razı olsun” deyib.
Pulu tapan bələdiyyə işçilərindən biri Orhan Uzunal bu haqda belə danışıb:
“Bələdiyyəmizə xeyirxah bir vətəndaş tərəfindən gətirilən əşyaları ayırd edərkən pencəyin cibində bir paket pul olduğunu gördük. Sonra araşdırma apararaq sahibini tapdıq və pulu qaytardıq. Çox xoşbəxt idi və bizə təşəkkür etdi. Nəticədə işimizi gördük, yenə belə şeyə rast gəlsək, eyni şeyi edərdik”.
KONKRET.AZ
