Zəlzələdən sonra Almaniyaya gedən türklərin sayı AÇIQLANDIbackend

Zəlzələdən sonra Almaniyaya gedən türklərin sayı AÇIQLANDI

Almaniya fevral ayında Türkiyə və Suriyada baş verən güclü zəlzələlərdən zərər çəkmiş 9 minə yaxın insanı qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Fezer “Funke” media qrupuna müsahibəsində bildirib.

“Türkiyə və Suriyadakı zəlzələ qurbanlarının çoxunun Almaniyada qohumları var. Biz çox tez hərəkət etdik və onlara humanitar yardım göstərdik. Bu məqsədlə indiyədək 7652 nəfərə müvəqqəti yaşama icazəsi verilib. Onlardan 6500-dən çoxu Türkiyədəki zəlzələ bölgəsindən olan insanlar üçün nəzərdə tutulub”, – nazir deyib.

Onun sözlərinə görə, zəlzələdən zərər çəkmiş suriyalılara da ailə birləşməsi üçün 1000-dən çox viza verilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*