Son günlər qardaş Türkiyədə baş verən zəlzələlər diqqətimizi təbii fəlakətlərdən mümkün qədər xilas olmağın və hadisələrdən az zərərlə çıxmağın yollarını axtarmağa yönəldib.
Zəlzələ seysmik hadisədir və öncədən yeraltı təkanlardan məlumatlı olmaq sıravi insanlar üçün çətin məsələdir. Lakin android telefonlarda zəlzələ xəbərdarlığı funksiyası var ki, çoxumuz bundan xəbərsizik. Bu xidməti aktiv etdikdə zəlzələdən bir neçə dəqiqə öncə baş verən yeraltı təkanın təqribi gücü və olduğunuz yerdən nə qədər məsafədə baş verdiyi haqqında məlumat əldə etmək olar.
KONKRET.az BAKU.TV-nin reportajını təqdim edir:
Ən yaxşısı itlərin və qazların səsinə və hərəkətlərinə fikir verməkdir. 3 gün qabaq Lənkəranda gecə saatlarında baş verən cüzi zəlzələ zamanı evdəki və həyətdəki itlər hamısı ulamağa başladı, qazlar güclü səs-küy saldılar. Biz zəlzələni hiss etmədik yalnız səhər xəbərlərdən baxdıqda bildik ki, burda da zəlzələ olub