Zemmurun Ermənistana səfəri, Makronun gecə görüşünün TƏFƏRRÜATLARIbackend

Zemmurun Ermənistana səfəri, Makronun gecə görüşünün TƏFƏRRÜATLARI

Zemmurun  İrəvana səfəri, Makronun gecə görüşünə səbəb nədir?

KONKRET.az xəbər verir ki, Fransa prezidentliyinə namizəd Erik Zemmur üç gün əvvəl Ermənistana gəlib. İrəvanda çox ciddi etirazlarla qarşılanmasına baxmayaraq, Zemmur səfərə gələn kimi dərhal Ağrıdağa gedib və fotolar çəkdirib.

Fotolarla belə bir yazı yayımlayıb: “Budur, Ermənistan-Türkiyə sərhədində, Ağrı dağı ilə üzbəüz dayanaraq, ermənilərə demək istəyirəm ki, onlar əsrlərlə müqavimət nümunəsi olublar”.

İndi də Makron erməni elektoratı ilə oyun oynayır. O, Əliyev və Paşinyanla gecə görüşündən dərhal sonra yazıb: “Biz erməniləri heç vaxt tərk etməyəcəyik. Biz həmişə davamlı sülh üçün həll yolları axtaracağıq”.

Əslində ermənilərlə bağlı bütün bu açıqlamalar və Makronun dünənki görüşü Fransada bir milyon erməninin səsini toplamaq üçün seçki kampaniyasının (2022-ci ilin yazında prezident seçkiləri keçiriləcək) elementidir. Onlara səs lazımdır, ermənilər yox.

Ona görə də bu görüşlərdən heç bir irəliləyiş gözləməyə dəyməz.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*