Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandıbackend

Zəngəzur dəhlizi üçün yeni tarix açıqlandı

Ermənistan ərazisindən keçəcək TRIPP (Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu) layihəsi çərçivəsində işlərə 2027-ci ilin əvvəlində başlanılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın ABŞ-dakı səfiri Narek Mkrtçyan ABŞ-ın Semafora nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində Ermənistan ərazisində layihənin ilk daşının 2027-ci ilin əvvəlində qoyulması gözlənilir.

Diplomat qeyd edib ki, layihənin texniki-iqtisadi qiymətləndirilməsi 2026-cı ilin sonuna qədər başa çatdırılmalıdır.

Bununla yanaşı, səfir Ermənistanın Rusiya və İranla mövcud ənənəvi əlaqələrini qoruyub saxlamağa çalışdığını da bildirib./modern

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*