Darmstadtdan olan 80 yaşlı pensiyaçı Heinz B. uzun illər zibil qutularını gəzməklə buradan yığdığı pulla öz biznesini qurub.
KONKRET.az xəbər verir ki, Heinz 700 min avro yığıb və həmin pulla 10 ev alıb. Mənizllərin hamısı bir-birinin yaxınlığıında yerləşir.
Keçmiş elektrik mühəndisi olan Heinz tək yaşayır və 3600 avro pensiya alır. O, yemək, geyim və tətil də daxil olmaqla, hər şeyə qənaət edir. Qışda zibillikdən çıxan odun tullantıları ilə evi qızdırır. Onun mobil telefonu yoxdur. Yeganə əsas xərci “YouTube”da biznes mühazirələrinə baxmaq üçün noutbuk və internetə çıxışdır.
“Qənaətlə yaşayıram, mən belə böyümüşəm! Yeməyə ayda 5 avro belə xərcləmirəm. Yeməklərimin çoxu zibil qutusundandır. İnsanlar israfçıdırlar və bütün ailəni doyuracaq qədər qida tullayırar”, – deyə o qeyd edib.
Heinzin biznes modeli ev almaq və kirayə verməkdən ibarətdir. Təqaüdçü deyir ki, bu, əmanətləri inflyasiyadan xilas etməyin ən yaxşı yoludur.
Burhan,
KONKRET.az
Gicdillaq kopəyoglu.80 yaşı var.Nə vaxt adam kimi yaşayacaq bəs
🤣🤣🤣🤣🤣
Bəlkə də o dediyin bizik. Adamın aldığı pensiya məbləğinə bax. Bizdəki pensiyanı dogulandan versələr yenə mümkün deyil
Heç vaxt 😀😀😀😀😀