“Zirə” “Sabah”a qalib gəlib yenidən 3-cü pilləyə yüksəldibackend

“Zirə” “Sabah”a qalib gəlib yenidən 3-cü pilləyə yüksəldi

Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura yekun vurulub.

KONKRET.az xəbər verir ki, ikinci oyun günündə bir oyun keçirilib. “Zirə” öz meydanında “Sabah”la qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:0. Bu qələbə sayəsində Rəşad Sadıqovun komandası “Neftçi”ni geridə qoyaraq turnir cədvəlində yenidən 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, “Qarabağ”ın “Sumqayıt”la təxirə salınan görüşü isə mayın 12-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

16-cı tur

20 fevral (bazar)

17:00. “Zirə” – “Sabah” – 2:0

Qollar: Hamidu Keyta, 63, 90+3

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev

Zirə İdman Kompleksinin stadionu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*