Zohrabyan: “Türkiyə-Azərbaycan agentlərinə qarşı müqəddəs müharibə aparmalıyıq”backend

Zohrabyan: "Türkiyə-Azərbaycan agentlərinə qarşı müqəddəs müharibə aparmalıyıq”

“Nikol və komandası ətrafa şər və böhtan atır. Biz aldanmamalıyıq. Xalqımızın saf damarı yumşalıb, təmizlənib. Bu tolerantlıq başımıza bəla açacaq. Biz səfərbər olmalı, ölkəni işğal etmiş Türkiyə-Azərbaycan agentlərinə qarşı müqəddəs müharibə aparmalıyıq”.

KONKRET.az xəbər verir ki, bunu ermıni siyasətçi Naira Zohrabyan bildirib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldikdən sonra milli dəyərlərə qarşı mübarizə elan edib. Ona qarşı yaranan bu hərəkat isə həmin milli dəyərləri qorumaq missiyası ilə gəlir. Görünən odur ki, müxalifət hakimiyyəti dayandırmaq üçün ən təəccüblü tədbirlərə əl atmağa hazırdır. Bu mübarizə Ermənistanın dövlətçiliyini xilas etmək məqsədi daşıyır.

“Düşünürəm ki, mayın 9-da çox böyük bir toplantı olacaq. diasporadan da adamlar gələcək. Məndən soruşanda ki, Paşinyan o halda hansı əks tədbir görəcək, deyirəm ki, onun üçün 10 min adam da ölür, fərqi yoxdur. insan onun üçün dəyər deyil. Paşinyan 3 milyon insanın həyatını məhv edə və ölkədə vətəndaş qarşıdurmalarına səbəb ola bilər.

Xalqın “Ermənistanı təslim etmə!” şüarı ilə Respublika meydanında yürüş etdiyini görən Paşinyan iki həll yolu ilə qarşılaşacaq. O, gündəmi elə hərəkət etdirməyə çalışacaq ki, bu hərəkatın liderləri ilə aparılan danışıqlar nəticəsində növbədənkənar seçkilər təyin edilsin. Düşünürəm ki, bu hərəkatın liderləri Paşinyan istefa verməsə və getməsə, bununla razılaşmamalıdır, çünki Paşinyan seçkiləri təşkil etsə, beynəlxalq təşkilatların göz yumacağı saxtakarlıqla dolu olacaq. İkinci variantda o, vətəndaş qarşıdurmalarını qızışdırmaq yolu ilə gedə bilər, çünki o, ermənilərə əhəmiyyət vermir ”, – Zohrabyan bildirib.

Onun müşahidəsinə görə, Ermənistanı xilas etmək istəyən, Ermənistanı Türkiyə-Azərbaycan-Nikol rejimindən xilas etmək istəyən bütün qüvvələrin Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanın rəhbərlik etdiyi bu hərəkata qoşulduğu açıq-aydın görünür.

“Paşinyanın cibindəki oliqarxlara saxtakarlığı yaymaq tapşırılıb”, – deyə Zohrabyan fikirlərini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*