Zubirdən vida paylaşımıbackend

Zubirdən vida paylaşımı

“Qarabağ”dan ayrılan Abdullah Zubir azarkeşlərlə vidalaşıb.

KONKRET.az xəbər verir ki, fransalı futbolçu “instaqram” səhifəsində bunları yazıb:

“Səkkiz ildən sonra yeni fəsilə başlamağın vaxtı gəldi. Bütün kluba, komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusən də, mənim üçün çox şey ifadə edən baş məşqçimə təşəkkür etmək istəyirəm. Etibarına və mənə öyrətdiyi hər şeyə görə ona təşəkkür edirəm. Ən əsası isə, mənə göstərdiyiniz inanılmaz sevgiyə görə bütün azarkeşlərə və bütün ölkəyə təşəkkür edirəm. Dəstəyiniz, ehtirasınız və sevginiz bütün bu illər ərzində mənimlə olub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*