100 minə yaxın azərbaycanlı istifadəçinin şəxsi məlumatları OĞURLANDIbackend

100 minə yaxın azərbaycanlı istifadəçinin şəxsi məlumatları OĞURLANDI

Xəbər verdiyimiz kimi, “Facebook”un 533 milyon istifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb.

KONKRET.azınReuters”ə istinadən verdiyi xəbərə görə, şəxsi məlumatları oğurlanan istifadəçilərin dünyanın 106 müxtəlif ölkəsindəndir.

Bu ölkələr arasında Azərbaycan da var. Məlumata görə Azərbaycandan olan 99 472 “Facebook” istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb.

Şəxsi məlumatlar arasında istifadəçilərin  bioqrafiyası, doğum tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlar  var.

Məsələyə münasibət bildirən “Facebook” şirkəti məlumatların 2 il əvvəl  təhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlandığını və köhnəldiyini qeyd edib. Lakin mütəxəssislər hələ də bir çox istifadəçinin şəxsi məlumatlarının dəyişmədiyini və bu səbəbdən də oğurlanan məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini qeyd edirlər. unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*