Fermada bibisini odun parçası ilə döyüb öldürdübackend

Fermada bibisini odun parçası ilə döyüb öldürdü

Tovuz sakini 65 yaşlı bibisini qətlə yetirib, cinayət işi açılıb.

KONKRET.az xəbər verir ki, Tovuz Rayon Prokurorluğundan verilən məlumata görə, avqustun 6-da rayonun Əlimərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məhəbbət İsayevanın meyiti aşkarlanıb.

İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu M.İsayevanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.


***

Tovuz rayonunda silahlı insident baş verib.

KONKRET.az teleqraf-a istinadla verir ki, rayonun Əlimərdanlı kəndindəki fermada 1997-ci il təvəllüdlü Ülvü İsayev ov tüfəngi ilə 1961-ci il təvəllüdlü bibisi Məlahət İsayevanı qətlə yetirib.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*