Paşinyan Vardanyanın xanımı ilə görüşmək istəyirbackend

Paşinyan Vardanyanın xanımı ilə görüşmək istəyir

Ermənistan hökuməti Bakıda həbsdə olan Ruben Vardanyanın xanımı Veronika Zonabendlə Xarici İşlər Nazirliyi vasitəsilə əlaqə saxlayıb. 

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, hökumət Veronika ilə görüş təşkil etmək niyyətini bəyan edib.

Məlumata görə, XİN rəsmilərindən biri onunla əlaqə saxlayıb və mümkün görüş üçün lazım olan məlumatları təqdim edib. Baş nazir Nikol Paşinyanın onunla görüşmək istədiyi güman olunur.

Qeyd edək ki, iyulun 8-də Veronika Zonabend Ermənistanın humanitar nümayəndə heyətinin tərkibində Bakıya səfər etmək istədiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*